ABŞ BMT-nin Təhlükəsizlik Şurasında Qəzzada atəşkəs barədə qətnamə layihəsinə veto qoyub, digər 14 üzv layihəni dəstəkləyib
ABŞ BMT-nin Təhlükəsizlik Şurasında Qəzzada dərhal, qeyd-şərtsiz və daimi atəşkəs barədə qətnamə layihəsinə veto qoyub. Təhlükəsizlik Şurasının qalan 14 üzvü layihəni dəstəkləyib.
“ABŞ açıq şəkildə dedi: biz “HƏMAS”ı qınamayan və “HƏMAS”a yönəlik tərksilah və Qəzzanı tərk etmək çağırışının olmadığı nəsə tədbiri dəstəkləməyəcəyik” – Təhlükəsizlik Şurasında səsvermədən əvvəl ABŞ-nin BMT-dəki səfirinin vəzifəsini icra edən Doroti Şim bildirib.
Birləşmiş Krallığın BMT-dəki səfiri Barbara Vudvord İsrail hakimiyyətinin Qəzzada hərbi əməliyyatı genişləndirmək və humanitar yardımların girişini məhdudlaşdırmaq qərarını tənqid edib. O, İsrailin bu hərəkətini əsassız, qeyri-mütənasib və əks-məhsuldar adlandırıb.
İsrailin səfiri Deni Danon qətnamə layihəsini dəstəkləyənlərə müraciət edib: “Onlar sülhə deyil, daha çox terrora aparan yolu seçdilər”.