ABŞ Avstraliyaya istismardan çıxarılmış "Abrams" tipli tankların Ukraynaya göndərilməsinə icazə verib
ABŞ Avstraliyaya istismardan çıxarılmış "Abrams" tipli tankların Ukraynaya göndərilməsinə icazə verib

 

ABŞ Avstraliyaya istismardan çıxarılmış “Abrams” tipli tankların Ukraynaya göndərilməsinə icazə verib. Avstraliyanın “ABC” media şirkətinin məlumatına əsasən, yaxın vaxtlarda ilk tanklar dəniz yolu ilə Ukraynaya göndəriləcək.

Televiziya şirkətinin qeyd etdiyi kimi, ABŞ yüksək rütbəli amerikalı məmurların şəxsi söhbətlərində bu cür yardımın effektivliyini şübhə altına almasına baxmayaraq, Amerika istehsalı olan “Abrams” tipli tankları Ukraynaya göndərməyə razılıq verib. Bununla yanaşı, onlar bildirirdilər ki, bu cür texnikanın Ukraynaya çatdırılması çətin olacaqdı və eyni zamanda tankların döyüşə hazır vəziyyətdə saxlanılması da asan olmayacaqdı. Onlar deyirlər ki, “Abrams” tipli tanklar dronların fəal şəkildə istifadə olunduğu döyüşlərdə yararsız ola bilər, çünki bu tankların üst hissəsinin zərbələrə qarşı müdafiəsiz olduğu ortaya çıxıb.

“ABC”nin qeyd etdiyi kimi, Avstraliya “Abrams”ının Ukraynaya verilməsinin məqsədəuyğunluğu ilə bağlı rəsmi olaraq sual qaldırılmayıb.

“Biz bu yükü görmək və tankların artıq yolda olduğunu görmək üçün Ukrayna ilə çox sıx əməkdaşlıq edirdik, Birləşmiş Ştatlarla çox sıx əməkdaşlıq edirdik” – Avstraliyanın müdafiə naziri Riçard Marlz bildirib.

Ukraynanın Avstraliya tanklarını nə vaxt ala biləcəyi hələlik dəqiq bilinmir. Sadəcə, bilinən odur ki, Ukrayna Silahlı Qüvvələrinə çatdırılmamışdan əvvəl onlar Polşadakı bazalardan birinə yerləşdiriləcək.

Məlumat üçün bildirək ki, martın əvvəlində “New York Times” yazırdı ki, ABŞ tərəfindən Ukraynaya verilən “Abrams” tipli tanklarının demək olar ki, üçdə ikisi Rusiya ordusu tərəfindən zədələnib və ya ələ keçirilib.