ABŞ Ali Məhkəməsi Donald Tramp administrasiyasına miqrantların mənşə ölkələri olmayan üçüncü ölkələrə deportasiyasını bərpa etməyə icazə verib
ABŞ Ali Məhkəməsi Donald Tramp administrasiyasına miqrantların mənşə ölkələri olmayan ölkələrə deportasiyasını bərpa etməyə icazə verib. Bu barədə “Reuters” məlumat yayıb.
Məhkəmə Bostonda fəaliyyət göstərən ABŞ dairə məhkəməsinin hakimi Brayan Mörfinin qərarını müvəqqəti olaraq dayandırıb. Həmin qərara əsasən, Daxili Təhlükəsizlik Departamentinin miqrantların “üçüncü ölkələrə” göndərilməsini nəzərdə tutan siyasəti qanunsuz hesab edilmişdi.
Məhkəmə həmçinin qərara alıb ki, tərəflərin mübahisə ilə bağlı arqumentlərini dekabr ayında dinləsin və bundan sonra bu siyasətlə bağlı yekun qərar qəbul etsin.
ABŞ Ədliyyə Nazirliyi bildirib ki, üçüncü ölkələrə deportasiya müəyyən xarici ölkə vətəndaşlarının, o cümlədən “ən ağır cinayətlərdən bəzilərini törətmiş xarici vətəndaşların” ölkədən çıxarılması üçün “zəruri mexanizmdir”.
Hüquq müdafiə təşkilatlarının məlumatına görə, ötən il bu siyasətin tətbiqindən indiyədək 25 mindən çox miqrant 29 ölkəyə deportasiya edilib. Onların böyük əksəriyyəti Meksikaya göndərilib.