Abxaziyanın səhiyyə naziri Laşa Kardava - Ortacalada partlayış nəticəsində zərər çəkmiş vətəndaşlara yardım məsələləri üzərində işləyəcək işçi qrup yaradılıb
Abxaziyanın səhiyyə naziri Laşa Kardava - Ortacalada partlayış nəticəsində zərər çəkmiş vətəndaşlara yardım məsələləri üzərində işləyəcək işçi qrup yaradılıb

 

Abxaziya Muxtar Respublikası hökumətinin sədrinin qərarı ilə Abxaziya hökuməti tərkibində Ortacalada partlayış nəticəsində zərər çəkmiş vətəndaşlara yardım məsələləri üzərində işləyəcək işçi qrup yaradılıb – bu haqda Abxaziyanın səhiyyə və sosial müdafiə naziri Laşa Kardava klinikada zərər çəkmiş vətəndaşı ziyarət edərkən bildirib.

Nazir bildirib ki, mərhumun dəfn mərasimi ilə bağlı bütün xərcləri Abxaziya Muxtar Respublikası hökuməti tam qarşılayacaq.

“Abxaziya hökuməti bədbəxt hadisə nəticəsində dünyasını dəyişmiş şəxsin dəfn mərasimi ilə bağlı xərcləri öz üzərinə götürəcək. Klinikada olan zərərçəkənlərdən birinin vəziyyəti stabil ağırdır, tibb işçiləri onun vəziyyətinin stabilləşməsi üçün hər şeyi edirlər. Qalan pasiyentlərin hamısının vəziyyəti qənaətbəxşdir və klinikadan evə buraxılıblar” – Laşa Kardava bildirib.