Abxaziya Muxtar Respublikasının Polis Departamentinin əməkdaşları satışa hazırlanan xüsusilə böyük miqdarda narkotik vasitə aşkar edib, iki xarici ölkə vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyinin Abxaziya Muxtar Respublikasının Polis Departamentinin əməkdaşları böyük və xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanması və satışının təşkili ittihamı ilə Moldova Respublikası vətəndaşlarını – 1981-ci il təvəllüdlü S.K. və 1984-cü il təvəllüdlü A.V.-ni saxlayıblar. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Qurumun məlumatına görə, hüquq-mühafizə orqanları şübhəlilərin şəxsi əşyaları, avtomobili və müvəqqəti yaşadığı evdə axtarış aparıb, həmçinin həyata keçirilən istintaq eksperimentində onların göstərişi ilə narkotik vasitələrin satışa hazırlandığı yerlərdən xüsusilə böyük miqdarda “metadon” maddəsi maddi sübut kimi götürülüb.
“Polis tərəfindən həmçinin narkotik vasitələrin qablaşdırılması üçün zəruri materiallar da götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 260 və 260-cı maddələrinin dördüncü bəndi üzrə aparılır ki, bu da 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur”, – Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.