Abxaziya Muxtar Respublikasının hökumətinin sədri Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların xatirəsinə ucaldılmış abidəni əklillə bəzəyib
Abxaziya Muxtar Respublikasının hökumətinin sədri Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların xatirəsinə ucaldılmış abidəni əklillə bəzəyib

 

1992-ci ilin avqustun 14-də Abxaziyada inkişaf etmiş faciəli hadisələrlə əlaqədar Abxaziya Muxtar Respublikasının hökumətinin sədri Qiorqi Cincaradze Abxaziya Muxtar Respublikasının Ali Şurasının sədri Cemal Qamaxaria ilə birlikdə Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların xatirəsinə ucaldılmış abidəni əklillə bəzəyib və onların xatirəsini ehtiramla yad edib.

Qiorqi Cincaradzenin bəyanatına əsasən, 14 avqust Gürcüstanın ən yaxın tarixində ən ağır və faciəli gündür.

“14 avqust Gürcüstanın ən yaxın tarixində ən ağır və faciəli gündür. Qəhrəmanlarımızın, fədakar döyüşçülərimizin, ölkəmizə görə, vətənimizin azadlığı uğrunda özünü qurban vermiş və həyatını ölkəmizə həsr etmiş bütün insanların xatirəsini ehtiramla yad etmək istəyirəm. Əminəm ki, Gürcüstan hökumətinin praqmatik, ardıcıl, sülh siyasəti ilə vahid Gürcüstanda abxaz bacı və qardaşlarımızla birlikdə biz mütləq yaşaya biləcəyik” – Qiorqi Cincaradze bildirib.

Həmçinin, Gürcüstanın müdafiə nazirinin müavini Qriqol Qiorqadze, Müdafiə Qüvvələri komandanının müavini, Baş Qərargah rəisi, general-mayor Coni Tatunaşvili, Abxaziya hökumətinin üzvləri, Ali Şuranın deputatları, Abxaziya müharibəsinin veteranları və həlak olanların ailə üzvləri Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirə abidəsində olublar.

Abxaziyada döyüş əməliyyatlarının başlamasından 33 il keçdi.