Abxaziya Muxtar Respublikası hökuməti - abxaz həmqardaşlarımıza müraciət edirik, yaxşı diqqət yetirsinlər, Rusiya tərəfindən "müstəqil dövlət kimi" tanımaq abxazların maraqlarına xidmət etmir
Abxaziya Muxtar Respublikası hökuməti - abxaz həmqardaşlarımıza müraciət edirik, yaxşı diqqət yetirsinlər, Rusiya tərəfindən "müstəqil dövlət kimi" tanımaq abxazların maraqlarına xidmət etmir

Abxaz həmqardaşlarımıza müraciət edirik, cari hadisələrə yaxşı diqqət yetirsinlər, bu tanımaq beynlxalq hüququn kobud pozulmasını təşkil edir və abxazların maraqlarına xidmət etmir, – bu barədə Abxaziya Muxtar Respublikası hökumətinin bəyanatında deyilir. Bəyanat Rusiya tərəfindən Abxaziyanın üzdəniraq müstəqilliyinin tanınması günü ilə bağlı yayılır.

“Avqustun 26-da işğal olunmuş Abxaziya Rusiya tərəfindən “müstəqil dövlət kimi” tanınmasını “qeyd edir”. Keçmiş 10 il, işğal olunmuş Abxaziyanın real həyatını açıqca göstərir – qeyrisabit siyasi durum, dağılmış iqtisadiyyat, artmış kriminal təhlükələr, naməlum pespektivi olan gənclik, ümidsiz yaşlılar və pensiyaçılar, ümidi üzülmüş ictimaiyyət. Bumu bayram edilməlidir? Bu ki, bizim ümumi faciəmizdir.

Abxaz həmqardaşlarımıza müraciət edirik, cari hadisələrə yaxşı diqqət yetirsinlər, biz ki, yaxşı bilirik bu tanıma heç bir beynəlxalq hüquq bazasına əsaslanmır, əksinə, beynlxalq hüququn kobud pozulmasını təşkil edir və abxazların maraqlarına xidmət etmir”, – Abxaziya Muxtar Respublikası hökumətində bəyan edirlər.

Rusiya, işğal olunmuş Abxaziya və Sxinvali bölgəsini 2008-ci il avqustun 26-da müstəqil dövlət kimi tanıdı.

The New York Times-ın fotosu