Abituriyentlər və magistrliyə namizədlər üçün vahid milli və ümumi magistratura imtahanlarına qeydiyyat haqqının ödənilməsinin müddəti mayın 6-sı saat 18:00-da başa çatır
Abituriyentlər və magistrliyə namizədlər üçün vahid milli və ümumi magistratura imtahanlarına qeydiyyat haqqının ödənilməsinin müddəti mayın 6-sı saat 18:00-da başa çatır

 

Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin məlumatına əsasən, abituriyentlər və magistrliyə namizədlər üçün vahid milli və ümumi magistratura imtahanlarına qeydiyyat haqqının ödənilməsinin müddəti mayın 6-sı saat 18:00-da başa çatır.

İmtahanlar Milli Mərkəzində bəyan etdikləri kimi, verilmiş müddət ərzində abituriyentlər üçün imtahan verəcəkləri fənlərin (ən azı bir fənnin) ödənişinin edilməsi, magistrliyə namizədlər üçün isə qeydiyyat haqqının ödənilməsi məcburidir.

“Namizədlərin qeydiyyat prosesini başa çatdırması və imtahanlarda iştirak etməsi üçün qeyd olunan müddətə əməl edilməsi vacib şərtdir. Qeydiyyat prosesi aprelin 6-dan davam edir və nəhayət, mayın 11-i saat 18:00-da başa çatacaq.

Qeyd olunan müddətə qədər namizədlər qeydiyyatlarını başa çatdırmaq, seçimlərini dəqiqləşdirmək, o cümlədən imtahan şəhərini və təhsil proqramlarını seçmək və ya dəyişdirmək imkanına malikdirlər. Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi müraciət edən şəxsləri prosesi son günə qədər təxirə salmamağa və qeydiyyatı vaxtında başa çatdırmağa çağırır. Müəyyən edilmiş müddətlər bitdikdən sonra ərizə qəbulu artıq davam etdirilməyəcək” – Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin yaydığı məlumatda deyilir.