Abituriyentlər üçün boş yerləri olan təhsil proqramlarını seçmək üçün ayrılmış müddət bu gün, oktyabrın 9-da başa çatır

10:51, 09.10.2026

Abituriyentlər boş yerləri olan ali və peşə təhsili proqramlarını oktyabrın 9-u saat 18:00-dək seçə bilərlər.

Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin məlumatına görə, təkrar qəbul prosesində iştirak etmək hüququ aşağıdakı abituriyentlərə verilir:

2026-cı il Vahid Milli İmtahanlarında hər bir fənn üzrə müəyyən edilmiş minimum səriştə həddini keçməsinə baxmayaraq, ali təhsil müəssisəsinə qəbul olunmaq hüququ qazanmayan abituriyentlər;
2026-cı il Vahid Milli İmtahanlarında hər bir fənn üzrə müəyyən edilmiş minimum səriştə həddini keçə bilməyən, lakin peşə təhsili proqramları üçün müəyyən edilmiş minimum səriştə həddini aşan abituriyentlər.

Oxşar