"ABC News" - Ukrayna nümayəndə heyəti Amerika Birləşmiş Ştatları ilə potensial sülh razılaşmasının şərtləri barədə razılaşıb
"ABC News" - Ukrayna nümayəndə heyəti Amerika Birləşmiş Ştatları ilə potensial sülh razılaşmasının şərtləri barədə razılaşıb

 

Ukrayna nümayəndə heyəti Amerika Birləşmiş Ştatları ilə potensial sülh razılaşmasının şərtləri barədə razılaşıb, lakin bəzi detallar hələ də razılaşdırılasıdır.

Bu haqda ABŞ-nin rəsmi nümayəndəsi “ABC News”a açıqlayıb.

“Ukraynalılar sülh razılaşması ilə razılaşdılar. Aydınlaşdırılması gərəkən bir neçə kiçik detal var, lakin onlar sülh razılaşması ilə razılaşdılar” – mənbə Amerika mediasına açıqlayıb.

Daha əvvəl Cenevrədə danışıqlarda Trampın sülh planının 28 bənddən 19 bəndə endirildiyi məlum olub.

Cenevrədə danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibində olan Ukraynanın xarici işlər nazirinin müavini Serqei Kislitsa görüşün gərgin, lakin məhsuldar keçdiyini bildirib. Onun sözlərinə əsasən, daha sonra hər iki tərəfdə “müsbət” əhvali-ruhiyyə yaradan diqqətlə yenidən işlənmiş sənəd layihəsi yaradılıb.