“ABC News”: ABŞ və İran nüvə məsələsi üzrə texniki danışıqları davam etdirirlər

12:00, 10.07.2026

ABŞ və İran nüvə məsələsi üzrə texniki danışıqları davam etdirirlər. Bu barədə “ABC News” amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Amerikalı rəsminin sözlərinə görə, Birləşmiş Ştatlar vəziyyətdən çıxış yolu tapmağa çalışmaqda davam edir.

“Texniki danışıqlar davam edir. İran heç vaxt nüvə silahına sahib olmayacaq,” – deyə rəsmi bildirib.

Onun sözlərinə görə, 60 günlük atəşkəs və qarşılıqlı anlaşma memorandumunun şərtləri tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməsindən asılıdır. Rəsmi qeyd edib ki, İranın hərəkətləri razılaşma üzrə öhdəliklərin “qəbuledilməz şəkildə pozulması” kimi qiymətləndirilir.

“İranın bu günahsız gəmilərə hücumları terror aktlarıdır,” – deyə mənbə vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ İranda onlarla obyektə zərbələr endirib. Vaşinqtonun açıqlamasına görə, bu, Hörmüz boğazı yaxınlığında kommersiya gəmilərinə İran tərəfindən həyata keçirildiyi bildirilən silsilə hücumlara cavab olub. Tehran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ obyektlərinə zərbələr endirib. Bununla yanaşı, İran kommersiya gəmilərinə hücumlarla bağlı ABŞ-ın ittihamlarını əsassız adlandırıb.

Oxşar