ABC News – ABŞ Dövlət Departamenti bütün dünyada USAİD əməkdaşlarının təxliyəsi üçün işə başlayıb
ABŞ Dövlət Departamenti bütün dünyada USAİD əməkdaşlarının təxliyəsi üçün işlərə başlayıb. Bu barədə ABC News xəbər verir.
Bir neçə mənbə ABC News-a bildirib ki, departament USAID-in bütün əməkdaşlarını və onların ailə üzvlərini bu həftənin şənbə gününə qədər ABŞ-a qaytarmağı planlaşdırır.
Bundan əlavə, ABC News-un verdiyi məlumata görə, çərşənbə axşamı agentliyin yeni təyin olunmuş inzibatçı müavini Pit Marrokko Dövlət Departamentinin rəsmilərinə bildirib ki, geri çəkilmə tamamlana bilməsə, prosesə hərbi qüvvələr cəlb olunacaq.
Ailələri və maddi-texniki problemləri olduqda onları cinayətkarlar kimi Vaşinqtona çağırmaq qəddarlıqdır. Bu insanların məktəbdə uşaqları var”. – USAID-in keçmiş əməkdaşı Amerika mediasına müsahibəsində deyib.