İranın xarici işlər naziri Abbas Arağçi Pakistan, Oman və Rusiyaya rəsmi səfər edəcək. Bu haqda məlumatı İran mediası yayır.
Medianın yazdığı kimi, səfərin məqsədi məsləhətləşmələr aparmaq və cari hadisələri müzakirə etməkdir.
“İkitərəfli məsləhətləşmələr aparmaq və regiondakı cari hadisələri, eləcə də Amerika Birləşmiş Ştatları və İsrail rejiminin İrana qarşı başlatdığı müharibənin son dövrdəki vəziyyətini müzakirə etmək səfərin məqsədidir” – İran mediası tərəfindən yayılmış məlumatda deyilir.