Abbas Arağçi - İstənilən düşmənçilik hərəkətinə dərhal və qətiyyətli cavab veriləcək, sanksiyaların və müharibənin nail ola bilmədiyinə yeni bir müharibə ilə də nail olmaq mümkün olmayacaq
Abbas Arağçi - İstənilən düşmənçilik hərəkətinə dərhal və qətiyyətli cavab veriləcək, sanksiyaların və müharibənin nail ola bilmədiyinə yeni bir müharibə ilə də nail olmaq mümkün olmayacaq

 

İranın xarici işlər naziri Abbas Arağçi bildirib ki, ölkənin silahlı qüvvələri Amerika Birləşmiş Ştatlarının mülki gəmilərə hücum etmək üçün istifadə etdiyi obyektlərə “müdafiə xarakterli zərbələr” endirib.

“İstənilən düşmənçilik hərəkətinə dərhal və qətiyyətli cavab veriləcək, sanksiyaların və müharibənin nail ola bilmədiyinə yeni bir müharibə ilə də nail olmaq mümkün olmayacaq” – Arağçi sosial şəbəkədə yazır.

Arağçinin bəyanatına əsasən, İran, ABŞ hərbi qüvvələrinin İranın əsas neft limanı olan Xarq adasına doğru hərəkət edən neft tankerinə zərbə endirməsindən sonra hücuma keçib.

Məlumat üçün bildirək ki, İran Küveyt və Bəhreyndə yerləşən Amerika bazalarına raket zərbələri endirib.