Abbas Arağçi - İran və ABŞ Cenevrədə nüvə danışıqlarının ikinci raundunda irəliləyiş əldə ediblər, lakin hələ görüləsi işlər var
Abbas Arağçi - İran və ABŞ Cenevrədə nüvə danışıqlarının ikinci raundunda irəliləyiş əldə ediblər, lakin hələ görüləsi işlər var

 

İran və ABŞ Cenevrədə nüvə danışıqlarının ikinci raundunda irəliləyiş əldə ediblər, lakin hələ görüləsi işlər var – bu haqda İranın xarici işlər naziri Abbas Arağçi İran mediası ilə söhbətində deyib.

Abbas Arağçi iki ölkənin “əsas rəhbər prinsiplər” üzrə qarşılıqlı anlaşma əldə etdiyini bildirib.

Bununla yanaşı, o deyib ki, irəliləyiş tezliklə razılaşma əldə ediləcəyi demək deyil, lakin buna doğru gedən yol başlayıb.

Bundan əvvəl İranın dövlət mediası İranın İslam İnqilabı Keşikçiləri Korpusunun elit bölmələri hərbi təlimlər keçirərkən, təhlükəsizlik tərbirlərinə görə, həyati əhəmiyyətli qlobal neft təchizatı marşrutu olan Hörmüz boğazının bir hissəsini müvəqqəti olaraq bağlayacağını bildirmişdi.

Məlumat üçün bildirək ki, Tehran hücum halında boğazı kommersiya daşımaları üçün bağlamaqla hədələyib, bu da qlobal neft tədarükünü azaldacaq və neft qiymətlərini qaldıracaqdı.