Abbas Araqçi Hörmüz boğazına tam nəzarətlə bağlı Donald Trampın bəyanatına cavab verir – “Saxta xəbərlərdən də betəri saxta kəşfiyyat məlumatlarıdır, ABŞ uzun müddətdir səhv hesablamalar aparır”
İranın xarici işlər naziri Abbas Araqçi Vaşinqtonu ehtiyatlı olmağa çağırıb. Araqçi ABŞ prezidenti Donald Trampın Amerikanın Hörmüz boğazına tam nəzarət etdiyi barədə bəyanatına münasibət bildirib.
Onun sözlərinə görə, ABŞ uzun müddətdir yanlış hesablamalar aparır.
“Saxta xəbərlərdən də betəri saxta kəşfiyyat məlumatlarıdır. ABŞ kəşfiyyat səhvləri səbəbindən uzun müddətdir yanlış hesablamalar aparır”, – Araqçi sosial şəbəkədə yazıb.
İranın xarici işlər nazirinin sözlərinə görə, buna nümunə kimi İrana qarşı müharibəni göstərmək olar.
Onun qiymətləndirməsinə görə, Vaşinqton Hörmüz boğazı ilə bağlı daha böyük səhvə yol verir.
Xatırladaq ki, Donald Tramp ABŞ-ın Hörmüz boğazına tam nəzarət etdiyini və onu dəniz blokadasında saxladığını bildirib. Onun sözlərinə görə, İran hazırda yalnız danışır və real hərəkət etmək imkanına malik deyil.