Abbas Arağçi Hakan Fidanla telefon danışığı zamanı Türkiyə istiqamətində raketlərin atılması ilə bağlı məlumatın "tamamilə əsassız" olduğunu və İranın mehriban qonşuluq prinsipini qorumağa sadiq olduğunu bildirib
İranın xarici işlər naziri Abbas Arağçi Türkiyə istiqamətində raketlərin atılması ilə bağlı məlumatı “əsassız” adlandırır.
Arağçi türk həmkarı Hakan Fidanla telefon danışığı zamanı Türkiyə istiqamətində raketlərin atılması ilə bağlı məlumatın “tamamilə əsassız” olduğunu bildirib və bunların “saxta bayraq əməliyyatlar”ı olduğunu qeyd edib.
Arağçi İranın mehriban qonşuluq prinsipini qorumağa, Türkiyənin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinə sadiq olduğunu və istənilən mümkün iddianı araşdırmaq üçün birgə texniki əməkdaşlığa hazır olduğunu bildirib.
“CNN”in yazdığı kimi, NATO üzvü Türkiyə müharibənin başlamasından sonra qonşu İrandan onun hava məkanına atılan raketlərin vurulduğunu dörd dəfə bildirib.
Martın 30-da Türkiyənin Müdafiə Nazirliyi NATO-nun müdafiə vasitələrinin İran tərəfindən buraxılan və Türkiyənin hava məkanına daxil olan ballistik raketi zərərsizləşdirdiyini bəyan edib.