Abbas Araqçi – ABŞ təzyiqin nəticə vermədiyini anlayarsa, diplomatiyanın bərpası mümkündür
İranın xarici işlər naziri Abbas Əraqçi bildirir ki, diplomatik prosesin yenidən bərpası mümkündür, lakin bunun ABŞ-ın “təzyiqin nəticə vermədiyini” anlayıb-anlamamasından asılıdır.
Əraqçinin sözlərinə görə, o, Qətərin Baş naziri və xarici işlər naziri ilə “konstruktiv və yaradıcı müzakirə” aparıb.
İranın xarici işlər naziri qeyd edib ki, Vaşinqton ilk növbədə etimadın bərpası istiqamətində addımlar atmalı, İranla hörmətlə danışmalı, onun hüquqlarını tanımalı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.