Abbas Arağçi - ABŞ tərəfindən İranın Fordo nüvə obyektinin bombalanması obyektə ciddi və ağır ziyan vurub
ABŞ tərəfindən İranın Fordo nüvə obyektinin bombalanması obyektə ciddi və ağır ziyan vurub – bu barədə İranın xarici işlər naziri Abbas Arağçi bildirib.
“Fordoda dəqiq nə baş verdiyini heç kim bilmir. Buna baxmayaraq, biz bilirik ki, obyektlərə ciddi və ağır ziyan dəyib. İranın Atom Enerjisi Təşkilatı hazırda qiymətləndirmə aparır və hesabatı hökumətə təqdim edəcək” – Arağçi bildirib.
“Reuters”in yazdığı kimi, ABŞ Prezidenti Donald Tramp zərbələrin İranın nüvə proqramını tamamilə məhv etdiyini bildirib, lakin ABŞ rəsmiləri ABŞ-nin zərbələri nəticəsində dəyən zərərin tam qiymətləndirməsinin aparılmasının vaxt aparacağını deyirlər.