Abbas Araghchi bildirib ki, Benjamin Netanyahunin “avantürası” ABŞ-yə indiyədək 100 milyard dollara başa gəlib və bu rəqəm açıqlanan göstəricilərdən dörd dəfə çoxdur
“Pentaqon yalan danışır. Benjamin Netanyahunin avantürası ABŞ-yə indiyədək 100 milyard dollar başa gəlib, bu isə açıqlanan rəqəmdən dörd dəfə çoxdur.”
Onun sözlərinə görə, ABŞ vergi ödəyiciləri üçün dolayı xərclər daha yüksəkdir.
“ABŞ vergi ödəyiciləri üçün dolayı xərclər daha yüksəkdir. Hər bir Amerika ailəsinin aylıq xərci 500 dollardır və bu, sürətlə artır. ‘İsrail birinci yerdə’ demək həmişə ‘ABŞ sonuncu yerdə’ deməkdir”, – İran Xarici İşlər Nazirliyinin rəhbəri sosial şəbəkədə yazıb.
Qeyd edək ki, ABŞ-da bildirirlər ki, İrana qarşı müharibənin xərci bu ana qədər 25 milyard dollar təşkil edir.