Abas Aragçi – hər dəfə diplomatik həll gündəmdə olanda, ABŞ ağılsız hərbi avantüranı seçir
Abas Aragçi – hər dəfə diplomatik həll gündəmdə olanda, ABŞ ağılsız hərbi avantüranı seçir

“Hər dəfə diplomatik həll gündəmdə olanda, ABŞ ağılsız hərbi avantüranı seçir,” – bunu İranın Xarici İşlər naziri Abas Aragçi bildirib.

Onun sözlərinə görə, iranlılar heç vaxt təzyiqə tabe olmurlar.

“Bu kobud təzyiq taktikasımıdır? Yoxsa hansısa dağıdıcı oyunçunun nəticəsidir ki, prezident bir daha çıxılmaz vəziyyətə düşüb? Səbəb nə olursa-olsun, nəticə eynidir: iranlılar heç vaxt təzyiqə tabe olmurlar. Mərkəzi Kəşfiyyat Agentliyi də yanılır. Bizim raket ehtiyatımız və buraxılış qabiliyyətimiz 28 fevralla müqayisədə 75 yox, 120 faizdir,” – deyə Abas Aragçi bildirib.