Qaçqınların, Ekomiqrantların və Yaşayış Mənbələri ilə Təmin Etmə Agentliyinin Qanuniləşdirmə Komissiyasının qərarına əsasən, yaşayış sahə 944 məcburi köçkün ailəsinin mülkiyyətinə veriləcək. Məlumatı İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi yayır.
İdarənin məlumatına görə, 850 məcburi köçkün ailəsinə yeni verilmiş mənzillər qanuniləşdirilir, 94 ailə isə, illərdir dövlət mülkiyyətində olan binalarında yaşayırdı.
Gürcüstan İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə nazirinin müavini, İliya Ğuduşaurinin bəyan etdiyinə görə, məcburi köçkün ailələrinə mənzillər bütün ölkə miqyası ilə verilir və bu proses gələcəkdə də fəal davam etdiriləcək. Komissiyanın qərarı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə göndəriləcək, bundan sonra Gürcüstan hökuməti tərəfindən təsdiq ediləcək.