9 Mayla bağlı Tbilisi Meriyası İkinci Dünya Müharibəsi veteranlarına ümumilikdə 1 000 lari köçürdü
9 Mayla bağlı Tbilisi Meriyası İkinci Dünya Müharibəsi veteranlarına ümumilikdə 1 000 lari köçürdü

Faşizm üzərində Qələbə Günü ilə bağlı, Gürcüstan hökumətinin fərmanı ilə, İkinci Dünya Müharibəsi veteranlarına 1000 lari, bu müharibədə həlak olanların ailələrinə isə, 500 lari köçürüldü. Bu barədə Tbilisi Meriyasının mətbuat xidməti məlumat yayır.

Meriyada açıqladıqlarına görə, hökumətin sərəncamından əvvəl Səhiyyə və Sosial Xidmətlər Şəhər Xidməti tərəfindən müvafiq proqram çərçivəsində İkinci Dünya Müharibəsi veteranlarına 600 lari, bu müharibədə həlak olanların həyat yoldaşlarına isə 300 lari məbləğində pul vəsaiti köçürüldü, hökumətin qərarına əsasən, 400 və 200 lari əlavə edilib, müharibə veteranları üçün 1000 lari, itkin düşənlər üçün isə 500 lari əlavə edildi.

“9 May bayramı ilə əlaqədar Tbilisi meriyası 84 İkinci Dünya müharibəsi veteranı və bu müharibədə həlak olanların ailələrinin 46 üzvünə maddi yardım göstərdi.

Vəsaitlərin köçürülməsi benefisiarların şəxsi bank hesabına, Dövlət Veteranlarla iş üzrə Xidmətin təqdim etdiyi məlumat bazası əsasında həyata keçirildi”, – məlumatda bildirilir.