9 aprel memorialı önündə icra və qanunverici hakimiyyətin nümayəndələri həlak olanların xatirəsini ehtiramla yad ediblər
Rustaveli prospektində, 9 aprel memorialı önündə Gürcüstan hökuməti və qanunverici orqanın nümayəndələri olublar.
Konkret olaraq, əraziyə Gürcüstanın baş naziri İrakli Kobaxidze, müdafiə naziri İrakli Çikovani, xarici işlər naziri Maka Boçorişvili, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili, daxili işlər naziri Geka Geladze və Nazirlər Kabinetinin digər üzvləri gəlib.
Həmçinin memorialda Mixeil Kavelaşvili də iştirak edib. Gürcüstan Parlamentinin sədri Şalva Papuashvili və deputatlar da Rustaveli prospektinə gələrək 9 aprel faciəsi qurbanlarının xatirəsini yad edib, memorialı güllərlə bəzəyiblər.
Eyni zamanda, 9 aprel memorialı yaxınlığında aksiya iştirakçıları da toplaşıb. Vaxtaşırı onların tərəfindən “qul”, “ruslar” kimi şüarlar səsləndirilib.
Bununla yanaşı, bu gün səhər saatlarında memorial yaxınlığında sözlü və fiziki qarşıdurma baş verib, aksiya iştirakçıları bir nəfərə fiziki zor tətbiq ediblər.