9 aprel faciəsindən sonra 31 il keçdi.
1989-cu ilin aprelin 9-da, səhərə yaxın, Sovet İttifaqının silahlı qüvvələrinin hissəsi, Tbilisinin mərkəzində, parlament binasının yanında dinc etiraz aksiyasını dağıtdı və bu hadisə onlarca insanın ölümü ilə nəticələndi.
21 nəfər ölənlərdən başqa, minlərlə vətəndaş naməlum tərkibli qazla zəhərləndi.
Faciədən sonra, 1991-ci ilin aprelin 9-da isə, Ali Şura Gürcüstanın Dövlət Müstəqilliyinin bərpasını elan etdi.
9 aprel Gürcüstan tarixinə faciə və eyni zamanda, Gürcüstanın müstəqilliyinin bərpası günü kimi yazıldı.