9 Aprel faciəsindən 36 il keçdi. 1989-cu ilin aprelin 9-da sübh tezdən Sovet İttifaqının Silahlı Qüvvələrinin bölmələri Tbilisinin mərkəzində parlament binası yaxınlığında dinc etiraz aksiyasını dağıtdılar, bu da insan tələfatı ilə nəticələndi.
Aksiyanın dağıdılması nəticəsində 21 nəfər həlak oldu, yüzlərlə vətəndaş isə naməlum tərkibli qazdan zəhərləndi.
Daha sonra, 1991-ci ilin aprelin 9-da isə Ali Şura Gürcüstanın dövlət müstəqilliyini bərpa etdiyini elan etdi.
9 Aprel Gürcüstanın yaxın tarixinə faciə və eyni zamanda, Gürcüstanın müstəqilliyinin bərpası günü kimi yazıldı.
36 il əvvəl həlak olmuş qəhrəmanlar: Aza Adamia – 22 yaş; Natia Başaleişvili – 16 yaş; Eka Bejanişvili – 15 yaş; Nato Qiorqadze – 23 yaş; Tamuna Dolidze – 28 yaş; Tina Enukidze – 70 yaş; Nino Toidze – 22 yaş; Zaira Kikvidze – 61 yaş; Manana Loladze – 34 yaş; Tamar Mamulaşvili – 50 yaş; Venera Metreveli – 45 yaş; Mamuka Nozadze – 21 yaş; Nana Samarquliani – 41 yaş; Şalva Kvasroliaşvili – 35 yaş; Marina Cğonia-Samarquliani – 31 yaş; Eliso Cipaşvili – 25 yaş; Tamar Covelidze – 16 yaş; Nodar Canqiraşvili – 40 yaş; Mzia Cincaradze – 43 yaş; Manana Melkadze – 26 və Qia Karseladze – 25 yaş.