9 Aprel faciəsindən 33 il keçdi

9 Aprel faciəsindən 33 il keçdi. 1989-cu il aprelin 9-da səhər açılarkən, Sovet silahlı qüvvələri Tbilisinin mərkəzində, Parlament binası yaxınlığında dinc etiraz aksiyasını dagıtdı, nəticədə insan tələfatı oldu. Dağıtma nəticəsində 21 insan həlak oldu, yüzlərcə insan isə, müəyyən edilməmiş tərkibli qaz ilə zəhərləndi.

Az sonra, 1991-ci il aprelin 9-da Ali Şura Gürcüstan Dövlət Müstəqilliyinin bərpasını elan etdi.

9 Aprel Gürcüstan yeni tarixində faciə və eyni zamanda, Gürcüstan Müstəqilliyinin bərpası günü olaraq bəyan edildi.

33 il bundan əvvəl həlak olan qəhrəmanlar: Aza Adamia – 22 yaş; Natia Başaleişvili – 16 yaş; Eka Bejanişvili – 15 yaş; Nato Giorqadze – 23 yaş; Tamuna Dolidze – 28 yaş; Tina Enukidze – 70 yaş; Nino Toidze – 22 yaş; Zaira Kikvidze – 61 yaş; Manana Loladze – 34 yaş; Tamar Mamulaşvili – 50 yaş; Venera Metreveli – 45 yaş; Mamuka Nozadze – 21 yaş; Nana Samarquliani – 41 yaş; Şalva Kvasroliaşvili – 35 yaş; Marina Çğoniya-Samarquliani – 31 yaş; Eliso Çipaşvili – 25 yaş; Tamar Çovelidze – 16 yaş; Nodar Cangiraşvili – 40 yaş; Mzia Çinçaradze – 43 yaş; Manana Melkadze – 26, Giya Karseladze – 25 yaş.