9 aprel faciəsindən 29 il keçdi
9 aprel faciəsindən 29 il keçdi

9 aprel faciəsindən 29 il keçdi. 1989-cu il aprelin 9-da, Sovet İttifaqı Silahlı Qüvvələrinin bölmələri Tbilisinin mərkəzində, parlament binası qarşısında dinc etiraz aksiyasını dağıtdı.

Nəticədə 21 nəfər həlak oldu, minlərcə vətəndaş isə müəyyən olunmayan tərkibli qaz ilə zəhərləndi.

Az sonra, 1991-ci il aprelin 9-da, Ali Şura Gürcüstanın Müstəqilliyinin bərpasını elan etdi.

9 aprel Gürcüstanın ən yaxın tarixində faciə və eyni zamanda Gürcüstanın Müstəqilliyinin bərpası günü kimi yazıldı.

29 il bundan əvvəl həlak olan qəhrəmanlardılar: Adamia Aza, 22 yaşında; Başaleişvili Eka, 16 yaşında; Bejanişvili Eka, 16 yaşında; Giorgadze Nato, 23 yaşında; Dolidze Tamuna, 28 yaşında; Enukidze Tina, 70 yaşında; Toidze Nino, 25 yaşında; Kikvidze Zaira, 61 yaşında; Loladze Manana, 33 yaşında; Mamulişvili Tamar, 50 yaşında; Metreveli Venera; Nozadze Mamuka, 22 yaşında; Samarquliani Nana, 41 yaşında; Kvasroliaşvili Şalva; Çkonia-Samarquliani Marina, 31 yaşında; Çipaşvili Eliso, 25 yaşında; Çovelidze Tamar, 16 yaşında; Canqiraşvili Nodari, 40 yaşında; Cinçaradze Mzia, 43 yaşında; Melkadze Manana 23 yaşında; Karseladze Gia, 25 yaşında.