8 may Gürcüstanda Milli Şərab Günü elan edilib
Müvafiq sərəncamı İrakli Kobaxidze imzalayıb.
Sənəddə qeyd olunur ki, gürcü şərabının ölkə kimliyinin ayrılmaz hissəsi və ən mühüm mədəni irs nümunələrindən biri kimi, həmçinin gürcü şərabçılığının çoxəsrlik tarixinin və onunla bağlı ənənələrin tanıdılması məqsədilə:
a) “Milli Şərab Günü” təsis edilsin;
b) “Milli Şərab Günü” hər il 8 may tarixində qeyd olunsun.
Hökumət sərəncamı 12 fevral tarixi ilə rəsmiləşdirilib.