7 noyabr işində Vano Merabişvilini xəzinə vəkili müdafiə edəcək
7 noyabr işində Vano Merabişvilini xəzinə vəkili müdafiə edəcək

7 noyabr işində ittiham olunan Vano Merabişvilini, onun tərəfindən götürülmüş vəkillər Giorgi Çiviaşvili və Beka Basilaiya artıq müdafiə etməyəcəklər.

Vəkillərin dediyinə görə, qeyd olunan qərarı müttəhim Vano Merabişvilinin özü, İnsan Haqqları Avropa Məhkəməsinin Böyük Palatası tərəfindən qəbul olunan qərar əsasənda qəbul etdi.

 

Onların bəyan etdiyinə görə, Merabişvili gürcü məhkəməsinə etimadsızlıq bəyan edir.

Giorgi Çiviaşvili və Beka Basilaiyanın dediyinə görə, Strasburq Məhkəməsinin qərarı ilə sübut olundu ki, Vano Merabişvili siyasi məhbusdur.

İttihamçı tərəfi isə bəyan edir ki, Strasburq Məhkəməsinin qərarı bu epizodda Merabişvilinin ittihamı ilə əlaqədə deyil.

Vano Merabişvilinin maraqlarını gələn poresesdən xəzinə vəkili müdafiə edəcək.