7–8 sentyabrda Batumi Beynəlxalq Dənizçilik Forumuna – “GIMF 2026″ya ev sahibliyi edəcək
7–8 sentyabrda Batumidə Gürcüstan Beynəlxalq Dənizçilik Forumu “Georgia International Maritime Forum – GIMF 2026” keçiriləcək.
Tədbir Gürcüstanın Baş nazirinin himayəsi, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dəstəyi və Dəniz Nəqliyyatı Agentliyinin təşkilatçılığı ilə keçiriləcək.
Dəniz Nəqliyyatı Agentliyinin məlumatına əsasən, “GIMF 2026” Gürcüstanın dəniz dövləti statusunun möhkəmləndirilməsinə, “Orta Dəhliz”in inkişaf potensialının nümayiş etdirilməsinə və regional nəqliyyat əlaqələrinin qlobal səviyyədə gücləndirilməsinə xidmət edən beynəlxalq əhəmiyyətli tədbirdir.
Tədbirdə 40-a yaxın ölkədən 400-dək nümayəndə iştirak edəcək. “GIMF 2026″da müxtəlif ölkələrin nazirləri və yüksəksəviyyəli vəzifəli şəxslər, o cümlədən dəniz administrasiyalarının rəhbərləri, eləcə də nəqliyyat-logistika profilli beynəlxalq təşkilatların baş katibləri, beynəlxalq maliyyə institutlarının, özəl sektorun və akademik dairələrin nümayəndələri iştirak edəcəklər.
Gürcüstan Beynəlxalq Dənizçilik Forumu 2016-cı ildən keçirilir. Bu il forumda “Orta Dəhliz”in inkişaf imkanları, regional nəqliyyat-logistika əlaqələndiriciliyi, innovasiyalar, davamlı dəniz nəqliyyatı və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi kimi prioritet istiqamətlərə xüsusi diqqət yetiriləcək.