64 nəfərin olduğu “American Airlines”ın sərnişin təyyarəsi Amerika Birləşmiş Ştatlarının ordusuna məxsus “Black Hawk” tipli helikopterlə toqquşub

10:40, 30.01.2025

 
64 nəfərin olduğu “American Airlines”ın sərnişin təyyarəsi Amerika Birləşmiş Ştatlarının ordusuna məxsus “Black Hawk” tipli helikopterlə toqquşub. Toqquşma Vaşinqtonda Reyqan Milli Hava Limanı yaxınlığında baş verib.

Toqquşmadan sonra həm təyyarə, həm də hərbi helikopter Potomak çayına düşüb.

“CNN” yazır ki, tələfat barədə məlumat artıq təsdiqlənməkdədir, lakin dəqiq say bilinmir.

Potomak çayında axtarış-xilasetmə işləri davam edir. Hava limanında bütün uçuşlar təxirə salınıb.

Oxşar