51 nömrəli məktəbin direktoru - heç kəs təsdiq edə bilməz ki, Davit Saralidze kimisə təhqir edirdi, yaxşı insan idi və bəzən rep oxuyurdu: "Mən pozitiv oğlanam "
Davit Saralidze təvazökar, düzgün insan idi və bütün məktəbdə elə bir insan yoxdur ki, sizə onun buler olduğunu və ya kimisə təhqir etdiyini təsdiqləsin, – bu haqda 51 nömrəli məktəbin direktoru, Manana Turkadze bəyan etdi.

“Heç bir zaman düşünməmişəm  ki, Datonun bu hərəkətinə rəy bildirəcəyəm və üzgünəm ki, böyüklərin qeyri-düzgün məlumatına bu cür rəy bildirməliyəm. Dato təvazökar, düzgün insan idi və bütün məktəbdə elə bir insan yoxdur ki, sizə onun buler olduğunu və ya kimisə təhqir etdiyini təsdiqləsin,  yaxşı insan idi və bəzən rep oxuyurdu: “Mən pozitiv oğlanam “. O, idman tədbirlərinin təşkilatçısı idi, bu cür problem onunla əlaqədar heç vaxt olmayıb”, – Turkadze bildirdi.

O, yayılan məlumatın məqsədini təyin etməkdə çətinlik çəkir.

“Pis səslənən bu yalanın məqdəsini deməkdə çətinlik çəkirəm. Məktəbdə düşünmürdük ki, bu tərz bəyanata cavab verməli olacağıq. O həyatı sevirdi, bütün tədbirlərdə iştirak edirdi”, – məktəb direktoru bəyan etdi.

51 nömrəli ictimai məktəbin administrasiyasına bu gün Xorava küçəsində qətlə yetirilmiş şəxsin atası Zaza Saralidze müraciət etdi. “Sosial şəbəkədə məlumat  yayıldı ki, guya  oğlum zorakı idi. 51 nömrəli məktəbin administrasiyasına müraciət edirəm, oğlumun kimliyini aşkarlasınlar. Əgər zorakı idisə bunu desinlər. Heçnəyi gizlətməyin”, – Saralidze bəyan etdi.