43-cü Piyada Batalyonu səhra təlimini döyüş atəşləri ilə keçirdi
43-cü Piyada Batalyonu səhra təlimini döyüş atəşləri ilə keçirdi

“Şamkor 2022” komanda-qərargah təlimi çərçivəsində Vaziani poliqonunda nümayiş təlimi keçirildi.

Müdafiə Nazirliyindən verilən məlumata görə, beşinci artilleriya briqadasının bölmələrinin dəstəyi ilə dördüncü atıcı briqadanın 43-cü atıcı batalyonunun döyüş mühəndis yüzlüyü, aviasiya və hava hücumundan müdafiə komandanlığı, C rotasiyası canlı atəşlə səhra təlimi keçirdi.

Nümayiş təlimində Müdafiə nazirinin müavini Qriqol Qiorqadze, Müdafiə Qüvvələri komandanının müavini – Baş Qərargah rəisi, briqada generalı Coni Tatunaşvili, Müdafiə Qüvvələri və Daxili İşlər Nazirliyinin nümayəndələri iştirak etdilər.

Müdafiə Nazirliyindən qeyd etdilərinə görə, səhra təlimi bölmələrin yardımçı bölmələrlə birgə, əlaqələndirilmiş və sinxron hərəkətləri vərdişlərinin təkmilləşdirilməsinə yönəlib.

“Şamkor 2022” komanda-qərargah təlimi Şərq Komandanlığının rəhbərliyi və Təlim və Hərbi Təhsil Komandanlığının dəstəyi ilə keçirilir. “Şamkor 2022″ milli strateji səviyyəli komanda-qərargah təlimi”Didqori”-nin taktiki tərkib hissəsidir və hazırlıq təlimləri silsiləsinə daxildir.