4 oktyabr seçkiləri üçün qeydiyyat başa çatdı, 14 partiya seçkilərdə iştirak edəcək
4 oktyabr seçkiləri üçün qeydiyyat başa çatdı, 14 partiya seçkilərdə iştirak edəcək

 

Munisipalitetin nümayəndəlik orqanı – Sakrebulo (şəhər şurası) və özünüidarəedən şəhərin/özünüidarəedən icmanın merinin 4 oktyabr seçkiləri üçün siyasi partiyaların qeydiyyat prosesi başa çatıb.

Seçki Administrasiyası təqdim edilmiş bütün ərizələri və müvafiq sənədləri nəzərdən keçirib. Nəticədə, seçkilərdə iştirak etmək hüququnun verildiyi 14 partiya qeydiyyatdan keçib.

Seçkilərdə iştirak etmək hüququ almaq üçün MSK-ya ümumilikdə 17 partiya müraciət etmişdi. Qanunla müəyyən edilmiş tələblərə cavab vermədiyi üçün onlardan üçü qeydiyyatdan keçirilməyib.

Siyasi partiyalar üçün sonrakı mərhələ partiya siyahılarının, majoritar və merliyə namizədlərin partiya tərəfindən müvafiq seçki komissiyasına (4 sentyabr tarixindən gec olmayaraq) təqdim edilməsini ehtiva edir, bundan sonra da təqdim edilmiş sənədlərin yoxlanılması və sonra artıq qeydiyyat prosesi başlayacaq.

2025-ci ilin 4 oktyabr seçkilərində iştirak edən partiyaların seçki nömrəsinə əsasən siyahısı:

“Mühafizəkarlar Gürcüstan naminə” (3), “Vətən, dil, iman” (1), “Xalq hakimiyyəti” (14), “Güclü Gürcüstan-Lelo” (9), “Qaxaria Gürcüstan Naminə” (25), “Gürcü Arzusu” (41), “Qirçi” (36), “Gürcüstan” (11), “Solçu Alyans” (10), “Gürcüstanın Vətənpərvərlər Alyansı” (8), “Gürcü Birliyi” (4), “Yaşıllar Partiyası” (12), “Bizim Birləşmiş Gürcüstan” (5), “Azad Gürcüstan” (7).