4 oktyabr işi üzrə saxlanılan Eva Şaşiaşvilinin barəsində seçilən həbs qətimkan tədbiri girovla əvəz edilib
4 oktyabr işi üzrə saxlanılan Eva Şaşiaşvilinin barəsində seçilən həbs qətimkan tədbiri girovla əvəz edilib

 

4 oktyabr hadisələri ilə əlaqədar saxlanılan Eva Şaşiaşvilinin barəsində seçilən həbs qətimkan tədbiri girovla əvəz edilib. Məhkəmə Eva Şaşiaşvilinin 5000 lari məbləğində girov ödəməsinə qərar verib.

Prokurorluq qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə müraciət edib. Məlum olduğu kimi, müdafiə tərəfi özü dövlət ittihamçısına Eva Şaşiaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı sənədləri təqdim edib, bundan sonra da prokurorluq həbs tələbini girov tələbi ilə əvəz edib.

Eva Şaşiaşvili bugünkü məhkəmə prosesində distant şəkildə iştirak edib. O, müvafiq prosedurları keçdikdən sonra Rustavinin Qadın Cəzaçəkmə Müəssisəsini tərk edəcək.

Eva Şaşiaşviliyə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 19-222-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi (strateji və xüsusi əhəmiyyətli obyekti ələ keçirməyə cəhd, qrup halında törədildikdə) və 225-ci maddəsinin 2-ci hissəsi (qrup halında zorakılıqda iştirak) ilə irəli sürülüb, bu isə cəzanın növü və ölçüsü olaraq altı ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

Eva Şaşiaşvili günahını etiraf edir.