4 oktyabr işi üzrə saxlanılan daha iki şəxslə iddia sövdələşməsi bağlanıb
4 oktyabr işi üzrə saxlanılan şəxslərin bir hissəsi ilə iddia sövdələşməsi bağlanıb.
Zurab Cavcanidze və Anton Vardanidze ilə bağlanan iddia sövdələşməsini Tbilisinin Apellyasiya Məhkəməsi bu gün təsdiqləyib.
Onlar təqsirlərini etiraf ediblər və iddia sövdələşməsinin bağlanması tələbi ilə prokurorluğa müraciət ediblər. Sövdələşmənin şərtlərinə əsasən, onların hər ikisinə bir il bir ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Məhkumlar penitensiar müəssisəni bir neçə gündən sonra tərk edəcəklər.
Digər şəxslərə gəlincə, Tbilisinin Apellyasiya Məhkəməsi onlar barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb. Aleksandre Çilaçava, Qenadi Kupreişvili, Sulxan Tuğuşi, Vladimer Qvelesiani, Ramaz Mamuladze və Amiran Dolişvili barəsində çıxarılan beşillik həbs cəzası qüvvədə qalıb.