4 oktyabr işi üzrə məhkum edilmiş Murtaz Zodelava və Laşa Beridze prosessual sazişin bağlanmasını tələb edirlər

16:34, 05.10.2026

4 oktyabr işi ilə bağlı məhkum edilmiş Murtaz Zodelava və Laşa Beridze prosessual sazişin bağlanmasını tələb edirlər.

Onlar bu barədə bu gün Tbilisi Apellyasiya Məhkəməsində keçirilən proses zamanı bildiriblər. Bununla yanaşı, daha bir məhkum Quri Jvani də prosessual sazişin bağlanmasını tələb edib.

Murtaz Zodelava və Laşa Beridzenin bu bəyanatından sonra məhkəmə iclası təxirə salınıb və oktyabrın 13-də davam etdiriləcək.

Murtaz Zodelava və Laşa Beridze 7-7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə 4 oktyabr işi üzrə Murtaz Zodelava və Laşa Beridzeyə hərəsinə 7 il həbs cəzasını cari il mayın 7-də verib.

Murtaz Zodelavaya Gürcüstan Cinayət Məcəlləsinin 19-222-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə ittiham irəli sürülüb. Bu maddə strateji və xüsusi əhəmiyyətli obyektlərin ələ keçirilməsi və blokadaya alınmasına qrup şəklində cəhd göstərilməsini nəzərdə tutur. Həmçinin ona Cinayət Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsi ilə də ittiham irəli sürülüb ki, bu da qrup zorakılığının təşkilini və ona rəhbərlik etməyi nəzərdə tutur.

Prokurorluq Murtaz Zodelavaya, həmçinin Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə ittiham irəli sürüb. Bu maddə Gürcüstanın konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırışı nəzərdə tutur.

Laşa Beridzeyə Gürcüstan Cinayət Məcəlləsinin 19-222-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə ittiham irəli sürülüb. Bu maddə strateji və/və ya xüsusi əhəmiyyətli obyektlərin qrup şəklində ələ keçirilməsinə cəhd göstərilməsini nəzərdə tutur. Həmçinin Cinayət Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb ki, bu da qrup zorakılığının təşkilini və ona rəhbərlik etməyi nəzərdə tutur.

Quri Jvaniyaya isə Cinayət Məcəlləsinin 225-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb. Bu maddə qrup zorakılığında iştirakı nəzərdə tutur.

Oxşar