4 oktyabr hadisələri ilə əlaqədar xaricdə olan iki nəfər barəsində cinayət təqibi başladılıb, onlardan biri İrakli Şaişmelaşvilidir
Gürcüstanın konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırış etmək ittihamı ilə İrakli Şaişmelaşvili barəsində cinayət təqibi başladılıb.
Daxili işlər naziri Qeka Qeladzenin brifinqdə bəyan etdiyi kimi, 4 oktyabr cinayət işi ilə əlaqədar bu gün daha 16 nəfəri saxlayıblar, cari istintaq çərçivəsində isə bu vaxt üçün ümumilikdə 62 nəfər saxlanılıb, xaricdə olan iki nəfər barəsində isə cinayət təqibi başladılıb.
“Xaricdə olan və barəsində cinayət təqibi başladılan iki şəxsə gəlincə, onlardan biri İrakli Şaişmelaşvilidir. O, Gürcüstanın konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırış etməkdə ittiham olunur. Əldə etdiyimiz sübutlarla,
o cümlədən videomaterialların işlənməsi nəticəsində aydın olur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan şəxslər oktyabrın 4-də, aksiyanın təşkilatçıları ilə birlikdə Atonelidə yerləşən Prezident sarayının baryerlərini dağıdıblar və sarayı ələ keçirməyə cəhd ediblər. Bununla yanaşı, aksiyanın iştirakçıları tərəfindən törədilmiş qanunazidd və zorakı hərəkətlər nəticəsində 35 polis əməkdaşı xəsarət alıb. Onların əksər hissəsində baş nahiyəsində xəsarətlər qeydə alınırdı” – Qeka Qeladze bildirib.
2024-cü ilin noyabr-dekabr dövründə inkişaf edən hadisələrə görə Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin Əməliyyat Planlaşdırma İdarəsinin rəisi olan İrakli Şaişmelaşvili ailəsi ilə birlikdə ölkəni tərk edib. Şaişmelaşvili dekabrın 26-da sosial şəbəkədə ölkəni tərk etməsi haqda yazıb.