4 oktyabr aksiyasında iştirak edən ayrı-ayrı qruplar “Moambe”nin çəkiliş qrupunun fəaliyyətinə mane oldu, nəticədə qrupun canlı efirdə işi ləngidi
4 oktyabr aksiyasında iştirak edən ayrı-ayrı qruplar “Moambe”nin çəkiliş qrupunun fəaliyyətinə mane oldu, nəticədə qrupun canlı efirdə işi ləngidi

Gürcüstanın Birinci Kanalı Prezident Administrasiyası qarşısında aksiyanın bəzi iştirakçıları tərəfindən “Moambe”nin çəkiliş qrupuna mane olunması faktı ilə bağlı bəyanat yayıb.

“4 oktyabr aksiyasında iştirak edən ayrı-ayrı qruplar ‘Moambe’nin çəkiliş qrupunun peşə fəaliyyətinə mane oldular, nəticədə qrupun canlı efirdə işi ləngidi. Xatırladırıq ki, ictimaiyyətin məlumatlandırılması məqsədilə media nümayəndələri istənilən şəraitdə yerində işləmək və hadisələri fasiləsiz işıqlandırmaq öhdəliyinə malikdirlər. Bütün şəxslərə müraciət edirik ki, media nümayəndələrinin peşə fəaliyyətinə mane olmaqdan çəkinmələr”, – bəyanatda qeyd olunur.