4 avqustda Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının yekun iclası keçiriləcək
4 avqustda Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının yekun iclası keçiriləcək

4 avqustda, saat 11:00-da Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının yekun iclası keçiriləcək. Bu barədə məlumatı Parlamentin İstintaq Komissiyası yayıb.

Komissiyanın yaydığı məlumata əsasən, iclasda müzakirəyə çıxarılacaq məsələ – Gürcüstan Parlamentinin 2003–2012-ci illərdə fəaliyyət göstərən rejiminin, həmin rejimin siyasi vəzifəli şəxslərinin və siyasi partiyalarda birləşmiş keçmiş və hazırkı vəzifəli şəxslərin 2003-cü ildən bu günədək olan fəaliyyətini araşdıran Müvəqqəti İstintaq Komissiyasının yekun hesabat layihəsinin müzakirəsi və təsdiqidir.

“İclasın gedişi tam şəkildə canlı yayımla Gürcüstan İctimai Yayımçısının Parlament Kanalında və ‘Maestro’ televiziya kanalının efirində, həmçinin Gürcüstan Parlamentinin vebsaytında və sosial platformalarda yayımlanacaq”, – deyə məlumatda qeyd olunur.