37 il 9 Aprel faciəsi-dən keçir
37 il 9 Aprel faciəsi-dən keçir

9 Aprel faciəsi-ndən 37 il keçir. 1989-cu il aprelin 9-da, səhər tezdən Sovet İttifaqının Silahlı Qüvvələri bölmələri Tbilisi şəhərinin mərkəzində, parlament binası qarşısında dinc etiraz aksiyasını dağıtdı və bu, insan tələfatı ilə nəticələndi.

Hadisə nəticəsində 21 nəfər həlak oldu, yüzlərlə vətəndaş isə tərkibi müəyyən edilməmiş qazdan zəhərləndi.

Daha sonra, 1991-ci il aprelin 9-da Gürcüstanın Ali Soveti ölkənin dövlət müstəqilliyinin bərpasını elan etdi.

9 aprel Gürcüstanın yaxın tarixində həm faciə, həm də müstəqilliyin bərpası günü kimi yadda qaldı.

Faciə zamanı həlak olan qəhrəmanlar:
Aza Adamia – 22 yaş; Natia Başaleişvili – 16 yaş; Eka Bejanışvili – 15 yaş; Nato Giorqadze – 23 yaş; Tamuna Dolidze – 28 yaş; Tina Enukidze – 70 yaş; Nino Toidze – 22 yaş; Zaira Kikvidze – 61 yaş; Manana Loladze – 34 yaş; Tamar Mamulaşvili – 50 yaş; Venera Metreveli – 45 yaş; Mamuka Nozadze – 21 yaş; Nana Samarguliani – 41 yaş; Şalva Kvasroliyaşvili – 35 yaş; Marina Çkonia-Samarguliani – 31 yaş; Eliso Çipaşvili – 25 yaş; Tamar Çovelidze – 16 yaş; Nodar Canqiraşvili – 40 yaş; Mzia Cinçaradze – 43 yaş; Manana Melkadze – 26 yaş və Gia Karseladze – 25 yaş.