31 oktyabr Beynəlxalq Qara Dənizin Mühafizəsi Günüdür
Milli Ətraf Mühit Agentliyi Qara dənizin suyunun keyfiyyətinin monitorinqini fasiləsiz rejimdə həyata keçirir. Cari ildə tədqiqatın aparıldığı ərazi genişləndirilib və tədqiqatlar hər ay 14 nöqtədə aparılır.
Monitorinq çərçivəsində hidrobioloji və kimyəvi parametrlər, o cümlədən 13 ağır metal, ümumi neft karbohidrogenləri, 16 poliaromatik karbohidrogen və digər fiziki-kimyəvi parametrlərin konsentrasiyası müəyyən edilir.
Milli Ətraf Mühit Agentliyi Qara dənizdə su ekologiyası və su biomüxtəlifliyi kimi mühüm tədqiqat istiqamətlərini icra edir.
Eyni zamanda, agentlik tərəfindən Gürcüstanın Qara dəniz akvatoriyasında məqsədi Gürcüstanın dəniz sularında balıq resurslarını qiymətləndirmək və balıq ehtiyatlarını müəyyən etmək olan elmi tədqiqatlar hər il aparılır.
Beynəlxalq Qara Dənizin Mühafizəsi Günü Qara dəniz hövzəsinin altı ölkəsinin nümayəndələri İstanbulda Qara Dənizin Mühafizəsi üzrə Strateji Planı imzaladıqdan bəri, 1996-cı ildən qeyd olunur.
Məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.