31 mayda Polis Günü qeyd olunur
31 mayda Polis Günü qeyd olunur

31 mayda Polis Günü qeyd olunur. Qeyd olunanla bağlı Daxili İşlər Nazirliyi binası qarşısında tədbir keçiriləcək.

DİN-in mətbuat xidmətinin məlumatına görə, tədbirə Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Ğaribaşvili, hökumət və Parlament üzvləri, Gürcüstanda akreditə olunmuş diplomatik korpusun nümayəndələri dəvət olunublar.

Tədbir Daxili İşlər Nazirliyinin inzibati binası həndəvəri ərazisində saat 11:00-da başlayacaq.