300 larilik yardımın alınması məqsədi ilə, öz-özünü işlə təmin edənlər qeydiyyatdan 21 maydan keçə biləcəklər
Qeyri-rəsmi bölmədə işlə təmin olunanlar xüsusi saytda öz göstəricilərini 21 maydan yükləyə biləcəklər.
Qeyd olunan prosedur bir iyuna qədər davam edəcək.
Gürcüstanın Birinci Kanalına Səhiyyə Nazirliyindən bəyan etdiklərinə görə, bu məqsədlə xüsusi onlayn-platformanın yaradılmasına artıq başlanıb.
Elə onların məlumatına görə, qeyd olunan platformada öz-özünü işlə təmin edənlər, asan qayda ilə qeydiyyatdan keçə və lazım olan sənədləri yükləyə biləcəklər.
Yardımın alınması üçün hansı sənədlərin təqdim olunmasının və hansı meyarlara cavabın verilməsinin lazım gəlməsi barəsində idarə az sonralar açıqlama verəcək.
Xatırladaq ki, 24 apreldə, baş nazir hökumətin böhrana qarşı planını təqdim etdi. Burada müddəalardan biri, öz-özünü işlə təmin edənlərə aiddir.
Baş nazirin bəyan etdiyinə görə, bu addım büdcəyə 75 milyona başa gələcək.