Gürcüstan dəmiryolunun sənişin qatarlarına 30 apreldən yeni dayanacaq artırılacaq.
Gürcüstan Dəmor Yollarının məlumatına görə, Kopitnaridə, Kutaisi Aeroportu ilə birləşdirən dəmiryolunun yeniləşdirilmiş stansiyası sərnişinləri Gürcüstanın müxtəlif şəhərlərindən qəbul edəcək. Kutaisi Aeroportu isə, xüsusi olaraq ayrılmış nəqliyyatla onların aeroporta çatdırlmasını təmin edəcək.
“Sərnişinlərə Kopitnari stansiyasından Kutaisi Aeroportuna çatmaq üçün təxminən beş dəqiqə lazım olacaq. Qatar biletinin qiymətinə Kutaisi Aeroportuna gediş daxildir.
Xatırladaq ki, Kopitnaridə, Kutaisi Aeroportu ilə birləşdirən dəmiryolu stansiyasında tam reabilitasiya işləri aparıldı. Yeniləşdirilmiş stansiya müasir standartlara cavab verir və MİM şəxslərin tələbatlarına uyğunlaşdırlmışdır.
Kopitnari istiqamətilə biletlərin satışına 29 apreldən başlanacaq. Biletlərin əldə edilməsi saytımızdan mümkündür: ticket.railway.ge; ödəmə aparatlarından, Gürcüstan Dəmir Yolları kassalarından, Gürcüstan Dəmir Yollarının partnyor şirkətləri vasitəsi ilə”, – məlumatda qeyd olunur.