3 aprel tarixində Patriarxlıqda Müqəddəs Sinodun iclası keçiriləcək
Patriarxlıq taxtının müvəqqəti rəhbəri, mitropolit Şionun dəvəti ilə 3 aprel tarixində Patriarxlıqda Müqəddəs Sinodun iclası keçiriləcək. Məlumatı Patriarxlığın ictimaiyyətlə əlaqələr xidməti yayıb.
“Cari ilin 3 aprel tarixində, saat 12:00-da, Patriarxlıq taxtının müvəqqəti rəhbəri, Senaki və Çxorotsku mitropoliti Şio (Muciri)nin dəvəti ilə Gürcüstan Patriarxlığında Müqəddəs Sinodun iclası keçiriləcək.
İclasın məqsədi Gürcüstan Pravoslav Kilsəsinin idarəetmə əsasnaməsində nəzərdə tutulmayan təşkilati məsələlərin müzakirəsidir. Bunlara Sinodun növbəti iclasları və genişləndirilmiş yığıncaqla bağlı əlavə detallar, yığıncağın keçirilmə yeri, nümayəndələrin dəvət olunması proseduru və digər zəruri məsələlər daxildir”, – məlumatda qeyd olunur.