26 Mayla əlaqədar olaraq müxtəlif ölkələrin görməli yerləri Gürcüstan bayrağının rənglərində işıqlandırılıb [foto]
26 Mayla əlaqədar olaraq müxtəlif ölkələrin görməli yerləri Gürcüstan bayrağının rənglərində işıqlandırılıb [foto]

 
Mayın 26-da Gürcüstan Müstəqillik Gününü qeyd edir. Bu gün ilə əlaqədar olaraq müxtəlif ölkələrin görməli yerləri Gürcüstan bayrağının rənglərində işıqlandırılıb.

Hindistanda, Dehlidə qədim mədəni irs abidəsi “Qütb-Minar” Gürcüstan bayrağının rənglərində işıqlandırılıb. Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

“Qütb-Minar” 1193-cü ildə Qütbəddin Aybək tərəfindən Dehlidə inşa edilmiş 73 metr hündürlüyündə, qırmızı kərpicdən tikilmiş qüllədir.

Bu, dünyada ən hündür kərpic minarədir və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidədir.

Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar olaraq İstanbulda 15 İyul Şəhidlər Körpüsü Gürcüstan bayrağının rənglərində işıqlandırılıb.

Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar olaraq Bakının Olimpiya Stadionu da Gürcüstan bayrağının rənglərində işıqlandırılıb.

Bununla yanaşı, Ankara şəhərində Gürcüstanın səfirliyinin təşəbbüsü və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi ilə Gürcüstanın Müstəqillik Gününü – 26 Mayı qeyd etmək üçün Ankara şəhərinin simvollarından biri – “Əkizlər” adlandırılan Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) binası Gürcüstan bayrağının rənglərində işıqlandırılıb.

Həmçinin Kiprdə, Nikosiya şəhərinin munisipalitetinin köhnə meriya binasının fasadı Gürcüstan bayrağının rənglərində işıqlandırılıb. Eləcə də, məşhur memar ZAHA HADID tərəfindən layihələndirilmiş Mərkəzi Park (Elevtherias Square) Gürcüstan bayrağının rənglərində işıqlandırılıb.

 

Slovakiyanın Koşitse şəhərində Müqəddəs Urbanın adını daşıyan zəng qülləsi Gürcüstanın dövlət bayrağının təsviri ilə işıqlandırılıb.

Xorvatiyada Zaqrebin mərkəzi fəvvarələri Gürcüstan bayrağının rənglərində işıqlandırılıb.