26 May tədbirləri ilə əlaqədar Tbilisidə avtonəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
Tbilisidə mayın 26-da Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirlər ilə əlaqədar Azadlıq meydanı və Şota Rustaveli prospektində avtonəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Tbilisi Meriyasının məlumatına əsasən, məhdudiyyət şəxsi avtomobillərə, eləcə də ictimai nəqliyyata şamil olunacaq.
Konkret olaraq, mayın 21-də saat 20:00-dan 00:00-dək və mayın 23-də saat 09:00-dan 14:00-dək Azadlıq meydanı, Q. Leonidze dönəcəyi, Kote Apxazi və Puşkin küçələri (Qriqol Abaşidze dönəcəyindən) məhdudlaşdırılacaq.
Mayın 24-də saat 20:00-dan Rustaveli prospekti Q. Canturia küçəsindən Azadlıq meydanı da daxil olmaqla məhdudlaşdırılacaq. Bu zaman hərəkət yalnız N. Barataşvili körpüsünün pandusuna və Q. Canturia küçəsinə qədər mümkün olacaq.
Mayın 24-ü saat 14:00-dan mayın 27-si saat 03:00-dək avtonəqliyyat məhdudiyyəti Atoneli və Vaxtanq Orbeliani küçələrinə şamil olunacaq. Soliko Virsaladze və Qiorqi Canturia küçələrindən Quru körpü istiqamətində hərəkət İtaliya küçəsindən keçməklə mümkün olacaq. Quru körpüdən Atoneli küçəsi istiqamətində hərəkət isə Soliko Virsaladze və Qiorqi Canturia küçəsindən istifadə etməklə həyata keçiriləcək.
Zviad Qamsaxurdia adına sağ sahildən (Rena Abjandadze küçəsindən) hərəkət edən avtonəqliyyat vasitələri Vaxtanq Orbeliani küçəsinə qədər və sonra Mtkvari küçəsi istiqamətində hərəkət edə biləcəklər.
Mayın 26-da gün ərzində Azadlıq meydanı və Rustaveli prospektində, Atoneli və Vekua küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Hərəkət Revaz Tabukaşvili, Niko Sulxanişvili, Mtkvari, Vaxtanq Orbeliani və Qoqçi küçələrində mümkün olacaq.
Bu müddət ərzində hərəkət alternativ marşrutlarla – Leonidze, İnqoroğva, A. Çavçavadze, Qriboedov, Barataşvili və Tabukaşvili küçələrində mümkün olacaq. Həmçinin, Maçabeli küçəsində hərəkət istiqaməti dəyişdiriləcək və Leonidze küçəsinə Lado Asatiani küçəsi vasitəsilə daxil olmaq mümkün olacaq.
Mtkvari çayının hər iki sahilindən avtomobillər Azadlıq meydanına doğru Puşkin küçəsinin başlanğıcınadək hərəkət edə biləcəklər. Rustaveli prospektində isə hərəkətə yalnız Q. Canturia küçəsinədək icazə veriləcək.
Həmçinin, hərəkət məhdudlaşdırılacaq: L.Ukrainka, A.Corcadze, Z.Cicinadze, 9 Aprel, A.Purtseladze və L.Qudiaşvili küçələrində. Bundan başqa, Melikişvili küçəsi və Mtatsminda rayonu istiqamətində Canaşia, Tarxnişvili, Tatişvili, Covelidze, Zandukeli, Barnovi, Qoqebaşvili və Kakabadzeebi küçələrindən istifadə etməklə hərəkət sərbəst olacaq.
Mtatsminda rayonundan Qriboedov, Mağaşvili, Barnovi və Şanidze küçələrindən keçməklə Melikişvili küçəsinə və metronun “Rustaveli” stansiyasına getmək mümkün olacaq.
İctimai nəqliyyata gəlincə, Merab Kostava küçəsindən Barataşvili küçəsi istiqamətində hərəkət edən nəqliyyat Merab Kostava və Mixeil Cavaxişvili küçələrindən keçərək Mtkvari çayının sağ sahili boyunca hərəkət edəcək və Barataşvili küçəsinə qoşulacaq. Sonra isə hərəkət müəyyən olunmuş sxem üzrə davam edəcək.
Əks istiqamətdə, Barataşvili küçəsindən Merab Kostava küçəsi istiqamətində hərəkət edən marşrutlar Barataşvili körpüsündən istifadə edəcəklər və sağa dönməklə Mtkvari çayının sağ sahilinə qoşulacaqlar, oradan isə Mixeil Cavaxişvili küçəsi ilə Kostava küçəsinə daxil olacaqlar. Bundan sonra müəyyən olunmuş sxem üzrə hərəkət edəcəklər.
Tbilisi-Kocori şossesində hərəkət edən N316, N324, N364, N 380, N382, N383, N399 avtobusları hərəkəti Amağleba küçəsi N11-də sonlandıracaqlar, əks istiqamətdə də analoji sxem üzrə hərəkət edəcəklər. Amağleba küçəsində xidmət göstərən N541 mikroavtobusu Mixeil Cavaxişvili küçəsi yaxınlığında hərəkəti sonlandıracaq, bundan sonra da sağ sahildən keçməklə Qəhrəmanlar meydanına qoşulacaq və müəyyən edilmiş sxem üzrə hərəkəti davam etdirəcək.
Qorqasali küçəsindən Kote Apxazi küçəsi istiqamətində hərəkət edən avtobuslar – N344, N350,N371 və mikroavtobus N547 Avropa meydanı və Mtkvari çayının sol sahilindən keçməklə Barataşvili küçəsinə qoşulacaqlar, oradan isə Barataşvili körpüsü ilə Barataşvili küçəsinə qoşulacaqlar.
Tbilisi Meriyası yaranmış narahatlığa görə vətəndaşlardan üzr istəyir.