26 May tədbiri ilə əlaqədar olaraq, Tbilisinin müəyyən ərazilərində yol hərəkəti məhdudlaşdırılacaq
Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbir ilə əlaqədar olaraq, Prezident Sarayının ətrafında mayın 20-si saat 08:00-dan mayın 28-i günün sonuna qədər Atoneli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Məlumatı Tbilisinin Meriyası yayır.
Onların məlumatına əsasən, Soliko Virsaladze və Qiorqi Canturia küçələrindən Atoneli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri İtaliya küçəsindən keçərək Quru körpü istiqamətinə hərəkət edə biləcəklər, Quru körpüdən Atoneli küçəsi istiqamətində isə sürücülər Virsaladze və Canturia küçələrindən istifadə etməklə hərəkət edəcəklər.
“Zviad Qamsaxurdia adına Mtkvarinin sağ sahilindən (Rena Abjandadze küçəsindən) yuxarı qalxan nəqliyyat vasitələri Vaxtanq Orbeliani küçəsinə qədər və sonra Mtkvari küçəsi istiqamətində hərəkət edə biləcəklər.
Bundan başqa, mayın 24-ü saat 08:00-dan mayın 28-i də daxil olmaqla, Quru körpünün ətrafındakı ərazidə, İtaliya və Atoneli küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Məhdudiyyət dövründə Zaarbriuken meydanından Quru körpü istiqamətində hərəkət edən avtomobillər Mtkvarinin sağ sahili istiqamətində (Covani Skudieri küçəsindən istifadə etməklə) hərəkət edə biləcəklər, Virsaladze küçəsindən Quru körpüyə doğru gedən avtomobillər isə Atoneli küçəsinə qədər hərəkət edəcək, daha sonra isə sağa dönərək Canturia küçəsi istiqamətində gedəcəklər.
Müstəqillik Gününə planlaşdırılan tədbirlə əlaqədar olaraq, Azadlıq meydanı və ətraf ərazidə də yol hərəkəti məhdudlaşdırılacaq. Konkret olaraq, mayın 20-si saat 20:00-dan mayın 21-i saat 01:00-dək, həmçinin 21-22 may tarixlərində saat 10:00-dan 14:00-dək avtonəqliyyat vasitələri Kote Apxazi və Şalva Dadiani küçələrindən Azadlıq meydanı istiqamətində hərəkət edə bilməyəcəklər.
Şota Rustaveli prospektindən Azadlıq meydanı istiqamətində hərəkət “Galleria” ticarət mərkəzinə qədər və daha sonra əks istiqamətdə mümkün olacaq, Mtkvarinin hər iki sahilindən gələn nəqliyyat vasitələri isə yalnız Barataşvili körpüsünün pandusuna qədər (Barataşvili və Puşkin küçələrinin kəsişməsi) hərəkət edə biləcəklər.
Alternativ marşrutlara gəlincə, şəxsi avtomobillərin hərəkətinə Qiorqi Leonidze, Pavle İnqoroğva, Aleksandre Cavcavadze, Aleksandre Qriboedov, Nikoloz Barataşvili və Revaz Tabukaşvili küçələri, eləcə də onların ətrafındakı küçələr vasitəsilə icazə veriləcək.
Dəyişiklik İvane Maçabeli küçəsinə şamil ediləcək. Xüsusilə, qeyd edilən küçədə hərəkətin istiqaməti dəyişəcək və Qiorqi Leonidze küçəsinə Lado Asatiani küçəsindən Maçabeli küçəsindən istifadə etməklə daxil olmaq mümkün olacaq.
Bundan başqa, mayın 24-ü saat 00:00-dan mayın 27-si saat 08:00-dək Rustaveli prospektində Azadlıq meydanı istiqamətində, Zurab Cicinadze küçəsinin kəsişməsinə qədər olan yol hissəsində hərəkət məhdudlaşdırılacaq.
Qeyd olunan dövrdə Rustaveli prospektindən gələn avtomobillər Qia Canturia küçəsinə qədər hərəkət edə biləcəklər, oradan isə sola dönərək Canturia və Virsaladze küçələri vasitəsilə Mtkvarinin sağ sahilinə çıxa və Nikoloz Barataşvili küçəsinə qoşula biləcəklər” – Tbilisinin Meriyasının məlumatında qeyd olunur.